Musa Quliyev plenar iclasda təqdim etdiyi bu qanunda dəyişiklik qəbul olundu
Mayın 1-də Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, təklif edilən dəyişikliklərə dair komitəyə heç bir rəy və təklifin daxil olmadığını qeyd edib. Bildirilib ki, nəzərdə tutulan dəyişikliklərin mahiyyəti güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxslərin pensiya təminatında dövlət öhdəliklərinin çərçivəsinin dəqiqləşdirilməsi ilə bağlıdır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.