Qarabağa və Şərqi Zəngəzura möhtəşəm qayıdış davam edir: Növbəti dayanacaq Cəbrayıl şəhəridir! Cəbrayıldan olan və 30 il həsrətdən sonra doğma ev -eşiyinə qayıdan bacı-qardaşlarımızı ürəkdən təbrik edirik. “Böyük Qayıdış” proqramı uğurla davam edir. Qısa müddət ərzində səkkiz mindən çox soydaşımız ata-baba yurdlarında məskunlaşmışlar, bu ilin sonuna qədər məskunlaşanların sayı 20 min nəfər çatacaqdır. 44 günlük Zəfər müharibəsindən sonrakı dövr ərzində işğaldan azad edilmiş ərazilərimizin bərpası böyük sürətlə davam edir. Bu məqsədlə indiyədək 19 milyard manata qədər vəsait xərclənmişdir. Gələn ilin dövlət büdcəsində -Böyük Qayıdış” proqramının davamı üçün 5 milyard manata qədər vəsait nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycan dövlətinin və xalqımızın qüdrəti ilə cənnətə çevriləcəkdir!

 Musa Quliyev
  Milli Məclisin  Əmək və sosial siyasət komitəsinin sədri

media-728x90banner

Bənzər xəbərlər