Musa Quliyev seçicilərlə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinə VII çağırış növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının 40 saylı Gəncə üçüncü seçki dairəsindən namizədi Musa Quliyevin seçicilərlə növbəti görüşləri keçirilib.
XALQ.AZ məlumat verir ki, Musa Quliyev Cavadxan qəsəbəsinin və Ə.Gəncəvi küçəsinin sakinləri görüşüb.
Seçicilər həmişə olduğu kimi bu dəfə də seçkilərdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər.




















