Namiq Bakıya döndü
Namiq Qaraçuxurlu sosial hesabında təşəkkür edib.
XALQ xəbər verir ki, sənətçi qeyd edib ki,”Hər şey yaxşıdır, özü də yüksək səviyyədə. Maraqlanan hər kəsə, xüsusən mediamıza təşəkkür edirəm”
Xəbər verdiyimiz kimi meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) ötən gün Rusiyaya buraxılmayıb.
Qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu – red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.