Naqif Həmzəyev hər bir seçicinin qayğısı ilə maraqlanır
Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin seçicilərlə növbəti görüşləri keçirilib.
XALQ.AZ məlumat verir ki, seçicilərə namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, sakinləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparıldı.




















