Naxçıvana uçan sərnişinlərə qarşı “AZAL”ın antiapatiyası….
Bakı-Naxçıvan aviareyslərindəki gecikmələr sərnişinləri təngə gətirib. Bu gün səhər saatlarında Bakıdan Naxçıvana həyata keçirilməli olan təxirə salınıb.
Sərnişinlər iddia ediblər ki, Naxçıvandan Bakıya gələndə də eyni problemlə üz-üzə qalıblar. Hətta, 8 saat gözləməli olublar.
Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-dən bildirildi ki, Bakı-Naxçıvan marşrutu üzrə bu gün saat 11:30-da həyata keçirilməsi planlaşdırılan J2-253 nömrəli reys gecikmə ilə icra olunub və təyyarə saat 15:40-da yola düşüb.
Gecikməyə səbəb əlverişsiz hava şəraiti olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Qeyd edək ki, bu ilk hal deyil. Belə ki,Bakı-Naxçıvan istiqamətində və Naxçıvan- Bakı reysində mütəmadi problemlər yaşamır.Lakin “Azərbaycan Hava Yolları” QSC -nin səlahiyyətli şəxsləri belə yaranmış problemlər bağlı heş bir tədbir görümür. Xəbər verdiyimiz kimi bir müddət öncə “AZAL”ın Bakı-Naxçıvan reysi ilə uçan sərnişinlərə təyyarədə yer olmadığı üçün hava limanında bir necə saat gözləməli olublar. Sərnişinlər növbəti reyslə yola salınıblar. Belə hadislərlə bağlı sərnişinlər sosial hesablarında şikayətlər yazırlar.










