Naxçıvandan Iğdıra gedərkən qəzaya düşdülər-Video-Foto
Türkiyədə, Iğdır-Aralıq magistralının Taşburun kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
XALQ “İHA” agentliyinə istinadən xəbər verir ki, Azərbaycana məxsus 68 CA 234 dövlət qeydiyyat nişanı olan “Mitsubishi” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 5 nəfər azərbaycanlıdan biri həlak olub, digər dördü isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma başaldılıb.
