Naxçıvandan Kəmaləddin Qafarovun şirkətinə sifariş
Naxçıvan Sağlamlıq Mərkəzi reaktiv sərf və dərman ləvazimatları alır.
XALQ.AZ Pravda.az-a istinadən xəbər verir ki, qurum bu məqsədlə “Azəri Med” QSC ilə müqavilə bağlamağı və 758 093 AZN köçürməyi planlaşdırır.
“Azəri Med” QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir, və bununla bağlı deputatdan təkzib verilməyib.
Qeyd edək ki, ötən il 67 milyonluq tender qalibi “Azəri Med” QSC olduğu barədə məlumat dərc edilmişdir.










