Nazir də bilmir ki, təhsil necə inkişaf etsin – Ekspert
Elm və Təhsil naziri Emin Əmrullayevin son müsahibəsini dinlədikdən sonra gəldiyim qənaət budur ki, o, müəyyən canfəşanlıqla nələrisə dəyişməyə çalışsa da, əslində, təhsil sahəsini necə inkişaf etdirəcəyini özü də tam bilmir.
Bu fikirləri təhsil üzrə ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, hazırda cəmiyyətdə təhsil idarəedicilərinə və onların qəbul etdiyi qərarlara qarşı dərin bir inamsızlıq mövcuddur:
“Deyəsən, bu sistemə güvənənlər yalnız rəhbərliyin öz tabeliyindəki məmurlardır. Sahəyə az-çox bələd olan hər kəs açıq-aşkar görür ki, mövcud problemləri sadəcə “malalamaq” və yalnız lokal xarakterli cüzi dəyişikliklər etməklə təhsili həqiqi və fundamental inkişafa aparmaq qeyri-mümkündür”.










