Nazir şikayətləri dinlədi
Ədliyyə naziri Fərid Əhmədov 21 iyun tarixində Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
XALQ.AZ xəbər verir ki,qəbuldan öncə nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Zaqatala, Şəki, Qax və Balakən rayon sakinlərinin qəbulu zamanı onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.













