media-700

Nərimanov rayonu  Mirzə Uluqbəy  küçəsində yaşıl ağaclar kəsilir .

Nərimanov rayonu  Mirzə Uluqbəy   küçəsində yol boyu həmişəyaşıl şam və digər ağaclar  kəsilir. Məlumatda yaşıl ağacları Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi  Mirdaməd Seyidovun göstərişi ilə kəsildiyi qeyd olunur.

Yaşıl ağaclar dünən gecə kəsildiyi və traktorla yük avtomobillərinə yüklənib daşınıb.  Məsələ ilə bağlı Nərimanov rayon icra hakimiyyətindən heç bir məlumat almaq mümkün olmadı. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyidə heç bir münasibət bildirilmədi.

Qeyd edək ki, son vaxtlar paytaxtda yaşıl ağaclar kəsilərək həmin ərazilər  “razılaşması” ilə qanunsuz obyektlər inşa olunur.  Bununla bağlı Baş prokurorluq ictimayyəti məlumatlandırır və təbiətə vurulmuş ziyanla bağlı tədbirlər görülür.

Nərimanov rayonu  Mirzə Uluqbəy küçəsində yaşıl ağalcların kəsilməsi ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008 media-009


media-728x90banner

Bənzər xəbərlər