Nərimanov rayonunda seçiçilərlə görüş keçirilib
YAP Nərimanov rayon təşkilatı prezident seçkilərinin təbliğat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva, Milli Məclisin deputatı Adil Əliyev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının Məhəbbət İbrahimova və professor Samir Vəliyev iştirak edib.











