media-elxann

 

Nəsimi rayonunda geniş vüsət alan qanunsuz tikintilər davam etdirilir.

XALQ-a daxil olan məlumat görə Nəsimi rayonu 20 yanvar küçəsi bina 24-in zirzəmisində qanunsuz tikinti işləri aparılır. Məlumara görə zirzəmidə yeni obyekt açılacaq.

Bu ünvanda Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadığı qeyd olunur.
 Bu qanunsuz inşa işləri rayon icra hakimiyyətinin səlahiyyiyətli şəxsləri ilə “razlışma” əsasında aparıldığı bildirilir.

Ümumiyyətlə rayon ərazisində qanunsuz obyektlərin tikintisinə necə razılıq verildiyi məlum deyil.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki,  ötən həftə Elxan İbrahimov Nəsimi rayonu icra hakimiyyətinin başçısı təyin edilib.

Araşdırmalarımız davam edir.  Qurumların mövqeyini dərc etməyə  hazırıq.

Həmin görüntüləri oxuculara təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər