Nəsimi rayonunda 1 mərtəbədə yerləşən mənzilin artırılmasına kim icazə verib?-Video
Paytaxtın bir sıra rayonlarında qanunsuz tikintilər sökülsədə heç də bu məsələyə ciddi nəzarət olunmur.
İdidalara görə bir sıra rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri “razılaşma” əsasında belə qanunsuz tikintilərə icazə verirlər.
XALQ-a daxil olan məlumata görə qanunsuz tikintilərin poliqonuna çevrilən paytaxın Nəsimi rayonunda belə tikintilərdə az deyil . Məlumata görə rayonun Ələsgər Rüstəmov küçəsində yerləşən yaşayış binasının 1 mərtəbəsində artırma işləri aparılıb. Görüntülərdən aydın olur ki,gələcəkdə obyekt üçün bütün işlər görülüb.
Məlumata görə həmin tikinti heç bir şəhərsalma normativlərinə cavab vermir.
Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən və Nəsimi rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.
Qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntülər təqdim edirik: