Nəsimi rayonunda yaşıl ağaca “qayğı”-Fotofakt
Bu vəziyyət Nəsimi rayonu, Novruzov qardaşları küçəsindəki söküntü işləri nəticəsində yaranıb.
XALQ məlumat verir ki, Nəsimi rayonu Novruzov qardaşları küçəsində “Pilot-16” MMC-nin söküntüdən sonra ərazidə belə vəziyyət yaranıb. İddia olunur ki, böyük ehtimalla bu ağac bir müddət sonra qurudularaq məhv olacaq.
Fotoda göründüyü kimi şirkət ağacın ətrafında qazıntı işləri aparııb.
Məsələ ilə bağlı “Pilot-16” MMC-dən həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən munasibət öyrənmək mümkün olmadı.
Qurumların da fikirlərini dərc etməyə hazırıq.