Nevroloji xəstə olan uşaqların dərmanlarını kim mənimsəyir?
Dövlət nevroloji xəstə uşaqlara pulsuz dərman preparatları verir. Başda TƏBİB olmaqla bir qrup dərman mafiyası da o dərmanların xəstə uşaqlara çatmaması üçün çalışır.
Bunu “Facebook” sosial şəbəkədə “İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi” adlı səhifə paylaşım edib.
Səhifəyə qeyd olunur ki, xəstə uşaqların valideynləri dövlət tərəfindən pulsuz verilən dərmanları almaq üçün aralarında 10-15 kilometr məsafə olan ən azı üç poliklinikaya getməli, uzun növbələr gözləməli olurlar: “Burada insanların incidilməsində məqsəd odur ki, vətəndaşlar bezib həmin dərmanların dalınca getməsinlər.
Nəticədə isə dərmanlar səhiyyə sistemindəki bəzi şəxslər tərəfindən satılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov bu məsələ ilə də məşğul olsa, pis olmaz”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.com










