Novruz Aslanov görüş keçirib
kitərəfli görüş keçirilib
2026-cı il aprelin 30-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti cənab Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti xanım Miryana Spolyariç ilə görüş keçirib. Görüşdə iki təşkilat arasında davam edən əməkdaşlıq, xüsusilə humanitar fəaliyyətin mühüm istiqamətlərindən biri olan ailə əlaqələrinin bərpası və qorunub saxlanılması məsələləri müzakirə olunub.
Tərəflər AzQAC və BQXK arasında dayanıqlı tərəfdaşlığın humanitar problemlərin həllində mühüm rol oynadığını vurğulayıb, münaqişə və böhranlardan təsirlənmiş həssas icmaların ehtiyaclarına cavab verməyin vacibliyini qeyd ediblər. Cənab Aslanov həmçinin AzQAC-ın Azərbaycanda həssas əhali qruplarına dəstəkdə rolunu qeyd edərək, Cəmiyyətin humanitar çağırışlara cavab imkanlarını gücləndirmək əzmini bir daha təsdiqləyib.














