Novruz Aslanov Şəhidlər Xiyabanını ziyarət edib
Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1 də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruz Aslanın ( Novruzəli Davud oğlu Aslanov) təbliğat planına uyğun olaraq İsmayıllı rayon Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlər Xiyabanında olan kompleksin hər bir şəhid məzarının üzərinə güllər qoyulub, ruhlarına dualar oxunub.
Ziyarət zamanı Novruz Aslanı Seçki Qərargahının üzvləri və vəkilləri müşayət edib.












