media-ulvi
Novruz Bayramı xalqımızın qədim tarixinə, zəngin mədəni irsinə və mənəvi dəyərlərinə dərin köklərlə bağlı olan ənənəvi bayramlarımızdan biridir. Bu bayram əsrlər boyu insanlarımızı sevincə qərq etmiş, millətin qəlbində nikbinlik, ümid və yenilik ruhu yaratmışdır. Hər bir azərbaycanlı üçün əziz olan Novruz, həm də milli birliyimizin, həmrəyliyimizin rəmzidir.
Azərbaycan xalqının mənəvi dəyərlərinin və milli adət-ənənələrinin qorunması yolunda əvəzsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev, Novruz bayramını xalqımızın ən qədim və müqəddəs bayramı kimi qiymətləndirirdi:
“Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır.”
Ulu Öndərin rəhbərliyi dövründə, xüsusilə 1969-cu ildən başlayaraq, Novruz bayramı dövlət səviyyəsində qeyd edilməyə başlandı. Bu, Heydər Əliyevin milli irsimizə və mədəniyyətimizə göstərdiyi xüsusi diqqətin təzahürü idi. O, bu bayramın xalqın birliyini və milli ruhunu yaşatmaqda mühüm rol oynadığını vurğulayırdı.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Novruz bayramının milli birlik və həmrəylik simvolu olduğunu xüsusi qeyd edir. Dövlət başçısı bayramın mənəvi gücünü, xalqımızın tarixində oynadığı əvəzsiz rolu belə ifadə edir:
“Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq.”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da milli-mədəni irsimizin dünyaya tanıdılması yolunda yorulmaz fəaliyyət göstərərək, xalqımızın zəngin adət-ənənələrini beynəlxalq arenada təbliğ etmişdir. Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, Azərbaycanın mədəniyyət siyasətinin parlaq nəticəsidir.
Qarabağ müharibəsi dövründə işğal altında olan torpaqlarımızda Novruz tonqalları qalanmırdı. Ulu Öndər Heydər Əliyevin illər əvvəl dediyi sözlər isə xalqımıza inam və ümid verirdi:
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il #Laçın‘da, #Kəlbəcər‘də, #Ağdam‘da, #Füzuli“də, #Cəbrayıl‘da, #Zəngilan‘da, #Qubadlı“da keçirəcəyik. Mən buna inanıram və bu inamla yaşayıram.”
Bu gün artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və biz həmin müqəddəs diyarlarımızda #Novruz tonqalları qalayırıq.
2021-ci ildə #Şuşa‘da, #CıdırDüzündə Prezident İlham Əliyev və ailəsi tərəfindən yandırılan Novruz tonqalı, qələbəmizin və xalqımızın ruhunun əbədi qalibiyyət rəmzi oldu.
Novruzun rəmz etdiyi birlik, qardaşlıq və əmin-amanlıq duyğusu bu gün hər bir azərbaycanlının qəlbində yaşayır. Bu bayram dörd ünsürün – #torpaq, #su, #hava#od‘un harmoniyasını özündə əks etdirərək insanlara təbiətin oyanışını, həyatın yenidən başlanmasını müjdələyir.
Bu baharın hər birimizə xoşbəxtlik, sevinc və firavanlıq gətirməsini diləyirəm. Vətənimizin azadlığını və bütövlüyünü təmin edən igid şəhidlərimizin ruhu şad olsun! Qoy, Novruzun işığı doğma torpaqlarımızda daim yansın, #dostluq#qardaşlıq tonqalları sönməsin!
Novruz Bayramınız mübarək!
Ülviyyə Həmzəyeva
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı.

media-728x90banner

Bənzər xəbərlər