Sabunçu Tibb Mərkəzinin elan etdiyi tenderin nəticələri ləğv edilib.

XALQ.AZ xəbər verir ki, Tüstü bacalarının təmizlənilməsi, qazanların odluqlarının üzərində quraşdırılmış təhlükəsizlik avtomatikalarının yoxlanılması, kabellərin izolyasiyasının, torpaqlanmanın və liftlərin kabellərinin sınağı xidmətlərinin satın alınması  nəzərədə tutulan işlərə icazə verilməyib.

İşlərin ləğv edilməsinin səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması və ya “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbinin pozulması göstərilib.
Xatırladaq ki, Sabunçu Tibb Mərkəzinin direktoru  Nürəngiz Bəşirovadır.  Sabunçu Tibb Mərkəzi haqqında  mətbuatda mütəmadi bir sıra narazılıqlar yazılıb. Həmçinin xəstəxanadan şikayət edənlərində  sayının çox olduğu qeyd edilir.


media-728x90banner

Bənzər xəbərlər