Ölkəmizdə azad və demokratik şəraitdə seçki keçiriləcək
“Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə maraq böyükdür. Seçki prosesinə qısa müddətdə başlanmasına baxmayaraq xeyli sayda şəxsin öz namizədliyini irəli sürməsi fonundan bu aydın görünür”.
Bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri İqtisad elmləri üzrə fəsləfə doktoru Arzuman Muradlı deyib.
O bildirib ki, Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyalarının da öz işini günün tələblərinə uyğun qurması, işlərini bir qədər də təkmilləşdirilməsi ümumilikdə seçki prosesinə öz müsbət təsirini göstərir:
“Məhz bu amil də insanlarda növbədənkənar parlament seçkilərinə olan marağı artırır və qanunverici orqanda təmsil olunmaq istəyən insanlar namizədliklərini irəli sürürlər”.
Arzuman Muradlının sözlərinə görə, seçkilərə rəsmi start verilən gündən indiyə qədər hər hansı bir narazılıq, namizədliyin irəli sürülməsinə əngəllər olmadığından əminliklə demək olar ki, seçki azad və ədalətli, demokratik şəraitdə baş tutacaq:
“Bununla da Azərbaycan dünyaya daha bir demokratik seçki ənənəsini nümayiş etdirəcək”.











