Xəbər  verdiyimiz kimi növbəti dəfə Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı əsassız, qeyri-obyektiv və qərəzli bu qətnaməni ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsi kimi qəbul etmək olar.

Bunu  Milli Məclisin  deputatı Nəsib Məhəməliyev bildirib.

Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin “erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı qətnaməsi Günəşin varlığını həyasızcasına inkar etmək kimi bir şeydir:

“Separatçılar publik şəkildə, özləri bir çox cinayətləri etiraf edir, amma onlar görməzdən gəlirlər. Ölkəmizə qarşı bu cür qərəzli qətnamənin qəbul olunması ilk deyil. Tanış mənzərədir. Erməni diasporası tərəfindən satın alınmış Avropalı parlamentarilər öhdəliklərini icra etməklə məşğuldurlar. Ona görə də, heç bir hüquqi əsası olmayan, qərəzli şəkildə qəbul olunmuş qətnamə adi kağız parçası kimi bir şeydir. Bu qətnamə də digərləri kimi Azərbaycan dövlətinə qarşı təzyiq məqsədi daşıyır. Düşünürəm ki, məhkəmə materiallarını Avropa Parlamentinə göndərmək lazımdır. Qoy, himayədarlıq etdikləri separatçıların cinayətlərindən həm məlumatlansınlar, həm də bəhrələnsinlər”.


media-728x90banner

Bənzər xəbərlər