Partiya sədri seçkilərdə iştirak etməyəcək müavini bu dairədən namizədliyin irəli sürdü
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlamasında səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib.
Onun sözlərinə görə, qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyi irəli sürülüb.
Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.
Qeyd edək ki, Gunay Ağamalı Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müavini, AVP Qadınlar Şurasının sədridir.











