Partlayış zamanı xəsarət alan olmayıb-DİN
Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən XALQ-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.
“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – rəsmi məlumatda vurğulanıb.