“Azərbaycanda minimum əməkhaqqının artrılması ilə bağlı yeni təkliflər hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan sənəd minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanmasını həyata keçiriləcək. Noyabrın 1-də təqdim olunduqdan sonra, məhz bu istiqamətdə addımların atılacağı gözlənir. Ona görə də artıq uyğun dövlət qurumu minimum əməkhaqqı ilə bağlı təkliflərin hazırlanacağını və təqdim olunacağını bəyan edib. Bu isə ondan xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər.”

Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov  açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, minimum əməkhaqqının artması Vahid Tarif Cədvəli ilə çalışan on minlərlə insanın əməkhaqqının da artmasına təsir göstərir.

“Bu, həm dövlət sektorunda, həm də özəl sektorda artımlara yol açır. Ona görə də, minimum əməkhaqqı artımlarının baş verməsi maaşların da qalxmasına səbəb ola bilər.”

A.Hüseynov qeyd edib ki, pensiyaların artımı isə növbəti ildən gerçəkləşəcək.

“Bu, indeksləşdirmə ilə bağlıdır və indeksasiya 2025-ci il yanvarın 1-dən etibarən təqdim olunacaq. Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyaların indeksləşdirilib artırılacağı gözlənilir. Yaxın vaxtlar üçün təxmini orta indeksləşdirilmə faizini müəyyənləşdirmək mümkün olacaq, çünki 2024-cü ilin ilk yarımilinin sosial yekunları növbəti ildə yanvarın 1-i üçün indeksləşdirilmə faizini ilk gün olaraq proqnozlaşdırmaq imkanı verəcək.” – deyə o bildirib.


media-728x90banner

Bənzər xəbərlər