Xəbər verdiyimi kimi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu geri çağrılır. 

Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd edib ki,  şuşalılar onu parlamentdə öz nümayəndəsi seçsələr, etimadı doğrultmaq üçün hər şeyi edəcək.

XALQ.AZ modern.az-aistinadən  xəbər verir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.  124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki,  Polad Bülbüloğlunun səfir postundan geri çağrılma xəbərin XALQ.AZ 24.07.2024-cü il tarixində yayımlamışdır.

 


media-728x90banner

Bənzər xəbərlər