Polis əməliyyat keçirdi: Bu silahlar aşkar olundu
Profilaktik və əməliyyat tədbirləri nəticə verir.
XALQ xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 9 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.









