Polisdən Gədəbəydə əməliyyat – Qanunsuz qazıntı aparanlar saxlanıldı
Gədəbəy rayonunda qanunsuz qazıntı aparan dəstənin 3 nəfəri həbs edildi, 2 nəfər isə qaçıb
Gədəbəy rayonunda qanunsuz qazıntı aparan dəstə üzvüləri saxlanılıb. Rayon Polis Şöbəsinin məlumatına görə qanunsuz qazıntı aparan dəstə üzvülərindən üç nəfər Məmmədov Babək, Rəhimov Elmir və Atayev Namiq adlı şəxslər həbs edilib. Qanunsuz qazıntı aparan dəstənin digər iki üzvü isə axtarılır.
Bildirilir ki, dəstə üzvüləri müxtəlif vaxtlarda Gədəbəy rayonunda bəzi tarixi abidələrdə qanunsuz qazıntı aparıblar.
Baş verən hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.










