Polisin xüsusi əməliyyatı
Polisə müqavimət göstərənlər silah tətbiq edilərək saxlanıblar.
XALQ xəbər verir ki, hadisə ötən axşam Paytaxtın Qaradağ rayonunda baş verib. Polisə məlumat daxil olub ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan Saleh Valehov “Qobu-park 3” ünvanındadır. Dərhal əməliyyat qrupu hadisə yerinə gedib.
İlqar Aslanov xəstəxanaya yerləşdirilib. Saleh Valehov isə istintaqa təhvil verilib. Adıçəkilən şəxslərdən birinin həmin ünvanda yaşadığı bildirilir.
TƏBİB-dən bildirilib ki, ötən gün saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park yaşayış kompleksindən çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 33 yaşlı şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona bud venasının güllə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.
Fakla bağlı Cinayət işi başlanıb, istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










