media-portt

İspaniyada Kataloniya səhiyyə orqanları “Choceur” markalı şokoladların metal parçaları ola biləcəyi barədə xəbərdarlıq edib.

media-077

XALQ.AZ xəbər verir ki, bu barədə İspaniya Qida Təhlükəsizliyi və Qidalanma Agentliyi (AESAN) məlumat yayıb.

ASESAN bu potensial təhlükə ilə bağlı xəbərdarlıq edərək, məhsulların geri qaytarılmasının vacibliyini vurğulayıb.

media-cok

Müayinələr nəticəsində müvafiq məhsulların ağız boşluğunda xəsarət və ya daxili qanaxma kimi ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyi bildirilib. Qeyd olunub ki, geri çağırma 24.10.2025-ci il bitmə tarixi olan partiyanı əhatə edir. Məhsulu Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz, Türingiya və Saarland əyalətlərində əldə etmək olar.

media-cokk

Məhsulun paylanmasına cavabdeh olan ALDI mağazalarında və internet saytında müştərilərini məlumatlandıraraq problemə aydınlıq gətirib və sözügedən məhsulu alan müştərilərdən məhsulları geri qaytarmasını istəyib.Qeyd edək ki, bu markanın şokoladları Azərbaycanda “Port Baku Bazar” da satışda olub və digər yerlərdə onlayn satışı həyata keçirilir. /Baku.ws

 

 


media-728x90banner

Bənzər xəbərlər