Putin,Lukaşenko və digər ölkə rəhbərləri Bakıya gələcək?
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı gələn 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarından danışıb.
XALQ.AZ-ın məlumatına görə Prezident bildirib ki, oyunların keçirilməsi üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncədə olacaq.
“Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmayıb”,- Prezident deyib. İlham Əliyev deyib ki, III MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir.
MDB Oyunlar 2025-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılır və MDB ölkələrinin rəhbərləri Bakıya gəlmələri gözlənilir.