media-pul

Qadınların pensiyasının artırılması təklif edilir.

XALQ-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov parlamentdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi təklif edib.

Deputat deyib ki, qadınlarla kişilərin əməkhaqları arasında fərq var. Ona görə də onların pensiyası xüsusi əmsallarla hesablanmalıdır. O həmçinin qadınların pensiya yaşının azaldılmasını da təklif edib.

Deputat Əli Məsimli də bildirib ki, qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərqin əvvəlki illərə nisbətən azaldığına diqqət çəkib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bıldırıb ki, Ailə Konsepsiyası hazırlanıb və aidiyyəti dövlət orqanlarına göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


media-728x90banner

Bənzər xəbərlər