Qarabağ məğlub oldu
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
XALQ-ın məlumatına görə, İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
***
3-cü dəqiqədə E.Qordon hesabı açır.
***
8-ci dəqiqədə Malik Tyau hesab arasında fərqi artırır.
***
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə zədələnərək 21-ci dəqiqədə meydanı tərk edib.
***
32-ci dəqiqədə Qordon penalti zərbəsini dəqiq yerinə yetirərək dubla imza atır.
***
34-cü dəqiqədə E. Qordon het-trik edir.
***
Entoni Qordon 45+1-ci dəqiqədə penaltidən komandasının beşinci qolunu vurur.
***
Fasilə. İlk hissə “Nyukasl”ın 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
***
İkinci hissə başladı.
***
55-ci dəqiqədə Elvin Cəfərquliyev topu tora ötürür.
***
72-ci dəqiqədə Ceykob Mörfi komandasının 6-cı qolunu vurur.
***
Matç bitdi. “Qarabağ” Bakıda İngiltərə təmsilçisinə 1:6 hesabı ilə məğlub oldu.










