Qaradağ rayonu Sahil qəsəbəsində bu qanunsuz tikintiyə necə icazə verirlib? -Video
Qaradağ rayonunda növbəti qanunsuz tikinti
XALQ-a daxil olan məlumata görə Qaradağ rayonu Sahil qəsəbəsində qanunsuz tikinti işləri aparılır.
Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Qaradağ rayon icra hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.
Qanunsuz tikinti ilə bağlı Qaradağ rayonu İcra Hakimiyyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.
Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki,2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.
Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik: