media-sulee

Qaradağ rayonunda növbəti qanunsuz tikinti qeydə alınıb.

XALQ xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində qanunsuz tikinti ilə bağlı görüntülər sosial platformada yayılıb.

Bu qanunsuz tikinti  Qaradağ rayonunda icra hakimiyyətinin səlahiyyətli şəxsi ilə “razılaşma” əsasında  işlər görüldüyü iddia olunur. İnşa olunan obyekt artıq satışa çıxarılıb.  Qeyd edək ki, Qaradağ  rayonu ərazisində bu lk deyil.

2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur

Məsələ ilə bağlı rayon icra hakimiyyətində və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyinid dərc etməyə hazırıq.

 

 


media-728x90banner

Bənzər xəbərlər