media-korrp

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.

XALQ “Qafqazinfo”a istinadən  məlumatverir ki,  Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.

Həmçinin  saxlanılanlar içərisində icra başçısının köməkçisi Umudov Rəşad Həsən oğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlu və rayon icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiq oğlu da olub. Bu barədə Manset.az məlumat yayıb.
Daha sonra məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qətimkan tədbiri qərarı verilib.

Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur.

media-sulee

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətnin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu rayona rəhbərlik edir.


media-728x90banner

Bənzər xəbərlər