Qaya Məmmədov gənclərlə görüşdü
Milli Məclisin deputatı Qaya Məmmədov Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsinin iştirakçıları ilə görüş keçirib.
XALQ.AZ-ın məlumatına görə, millət vəkili gənclərimizlə beynəlxalq hüquqda qayıdış məsələsi və qayıdış hüququnun Qərbi azərbaycanlılara şamil edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Gənclərimizin Qərbi Azərbaycan mövzusu, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində dərin biliklərinə şahid olmaq bizi çox sevindirdi.
















