“Qəbələ-Aqro Kompleks” 17 milyon manata satışa çıxarıldı
Qəbələ rayonun Vəndam kəndəki olan ətlik-südlük heyvandarlıq kompleksi 17.2 milyon manata satılır.
XALQ.AZ-ın məlumatına görə, əmlak kompleksi 20 hektar ərazini əhatə edir.
Hərracın keçirildiyi sayta bildirilir ki, əmlak yarı təmirlidir.
Bildirək ki, “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən rayonun Vəndam qəsəbəsində yaradılıb, 620 başlıq müasir ətlik-südlük heyvandarlıq kompleksi idi.
Hərracda iştirak haqqı 860 min manatdır.











