media-35

Xəbər verdiyimiz kimi bu gecə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi  Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş edib.

media-33

XALQ xəbər verir ki, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri  hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına qəza enişi edib.  Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

Göyərtədə olan 155 sərnişin  təxliyə olunub. Xəsarət alan olmayıb.

Təyyarədən olan görüntüləri təqdim edirik:

media-35media-34


media-728x90banner

Bənzər xəbərlər