media-87aec90eb773e3b20ddea2b0fdfefa50_9437686

Qırğızıstanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinə və bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik həyata keçirilməsinə həsr olunan materiallar dərc etməkdə davam edir.

“Kabar” agentliyi, Kaktus.media, Tazabek və Super.kg İssık-Kul sahilində yerləşən beşulduzlu Baku Resort & Spa hotel kompleksinin açılışı barədə məlumat yayıblar. Nəşrlərin yazdığına görə, layihə Qırğızıstan-Azərbaycan investisiya əməkdaşlığı çərçivəsində həyata keçirilib və İssık-Kul vilayətinin turizm potensialının inkişafına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

Qırğızıstan KİV-ləri dövlət səfərinin humanitar proqramında Azərbaycanın, Qırğızıstanın və Özbəkistanın birinci xanımlarının iştirakına da diqqət ayırıblar. Kaktus.media və Vesti.kg yazıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Aygül Japarova və Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə birlikdə Çolpon-Atada yerləşən “Altın balalık” Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.

24.kg nəşri Oş və Gəncə şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə də məlumat yayıb. Nəşrin məlumatına görə, sənəd regionlararası əməkdaşlığın inkişafını nəzərdə tutur.

Tazabek nəşri Qırğızıstan-Azərbaycan əməkdaşlığının praktik istiqamətlərinə dair materiallar dərc edib. Yazılarda bildirilir ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondu 30-a yaxın layihəyə baxır, həmçinin imzalanan sənədlər çərçivəsində Qırğızıstan ərazisində kiçik su elektrik stansiyalarının tikintisi məsələləri müzakirə olunub.

Bundan əlavə, nəşr fondun vəsaitlərinin xammalın emalı və idxalın şaxələndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldilməsinin məqsədəuyğunluğu barədə ekspert rəyini təqdim edib.

Qırğızıstan KİV-lərinin yeni materiallarında əsas diqqət əldə olunan razılaşmaların praktik icrasına, ilk növbədə investisiya, energetika, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəldilib.

media-1785582034162613139_1200x630

media-17855820346104342643_1200x630

media-17855820342980564657_1200x630

 


media-728x90banner

Bənzər xəbərlər