Qubada 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və bir qrup fəal gənc Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ulu Öndərimizin abidəsi ziyarət etmiş, Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev, Rayon İcra Hakimiyyətinin, Regional Gənclər və İdman İdarəsinin və Quba rayonu üzrə təhsil sektorunun məsul şəxsləri, təhsil işçiləri, gənclər, könüllülər və tələbələr iştirak etmişdir.
Əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilmiş, sonra isə tədbir rəsmi hissə ilə davam etdirilmişdir. Çıxış edənlər əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Ulu Öndərin 1997-ci ilin fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycanda Gənclər Gününün təsis edilməsi, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlərin imzalaması, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sıralarında vuruşan qəhrəman gənclərimiz və məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər sayəsində xalqımızin otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmasından bəhs etmişlər.
Sonra ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə fəxri fərmanlar təqdim edilmiş, tədbir bədii hissə ilə davam etdirilmişdir.

















