2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə şəhid ailələri ilə görüşüb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ilə birlikdə Vətən müharibəsi şəhidləri Cəmil Xələfov, Aqil Məlikov və Aydəmir Hacıyevin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidlərin xatirəsinə ucaldılan Abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətənin qəhrəman övladlarının xatirəsi ehtiramla yad edilib.

media-728x90banner

Bənzər xəbərlər