media-010
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən bu il gənclər arasında Ümumilli Lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı məşğələlərə yekun vurulub.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının inzibati binasında “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi və bu irsin davamçısı Prezident İlham Əliyevin dövlətçilik missiyası” mövzusunda yekun məşğələdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxləri, ictimaiyyət nümayəndələri, rayon gənclərinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova giriş sözü ilə çıxış edərək keçirilmiş məşğələlər haqqında ətraflı məlumat verib.
Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənclər tərəfindən öyrənilməsində bu önəmli addımın təqdirəlayiq olduğunu bildirib. Bu məşğələlər nəticəsində Ulu Öndər Heydər Əliyevin sürdüyü şərəfli, ləyaqətli və iradəli həyatı, bu həyatın önəmli hadisələri barədə geniş məlumatlar çatdırılıb.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu qeyd edərək, yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi üçün gənclərlə bağlı ölkəmizdə silsilə addımlar atıldığını vurğulamışlar.
Məşğələ qarşılıqlı diskussiya şəklində baş tutub və gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Sonda məşğələdə iştirak edən gənclərə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunması ilə əlaqədar vəsiqələr və sertifikatlar təqdim edilmişdir.
media-55 media-56
media-004 media-005 media-006 media-007 media-008 media-009 media-010 media-0011

media-728x90banner

Bənzər xəbərlər