media-4
Aşağı Atuc kəndində səyyar vətəndaş qəbulu keçirilib.
30 aprel 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Aşağı Atuc kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, həmçinin rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda həyata keçirilən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə müvafiq şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Aşağı Atuc kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Dilmurad Rüstəmovun büstünün önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
media-1 media-2 media-3 media-4 media-5 media-6

media-728x90banner

Bənzər xəbərlər