Qubada vətəndaşlarla görüş keçirilib
Quba Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən hər bir vətəndaşın müraciəti diqqətlə araşdırılmış, aidiyyəti struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilmişdir. Bəzi məsələlərin yerində həlli üçün operativ tədbirlərin görülmüş, digər müraciətlər nəzarətə götürülmüşdür.













