Qubada WUF13 çərçivəsində festival və konsert proqramı keçirilib.
30 aprel 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Quba şəhəri Nizami adına mədəniyyət və istirahət parkında geniş festival və konsert proqramı keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Quba Rayon İcra Hakimiyyətinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, regional və digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Festival çərçivəsində müxtəlif mədəni proqramlar təqdim olunmuş, konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.
Keçirilən tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimaiyyətin maarifləndirilməsi, mədəni həyatın canlandırılması və gənclərin bu sahəyə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.




















