media-78
Qubada Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
21 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar “Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha möhtəşəm zəfərlər qazanacaq” mövzusunda tədbir keçirilmişdır. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP Quba rayon təşkilatının fəalları iştirak etmişdir.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunmuşdur.
Quba şəhərində “Nərgiz Plaza” şadlıq sarayında davam edən tədbirdə çıxışlar zamanı bildirilmişdir ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərimizin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!” şüarı ilə fəaliyyətə başlamış Yeni Azərbaycan Partiyası artıq 33 ildir ki, ölkəmizin həyatında və əldə etdiyi nailiyyətlərdə nəhəng siyasi qüvvə kimi öz dəsti-xəttini nümayiş etdirməkdədir. Vurğulanmışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmiz əsrlərə bərabər tərəqqi yolu keçmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Ordumuz otuz illik işğala son qoyaraq Zəfər əldə etmiş, bu gün isə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, tikinti quruculuq işlərinin həyata keçirilir, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla icra olunur.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən film nümayiş olunmuş, Partiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmiş, daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
media-77 media-78 media-79 media-76 media-74 media-73 media-72 media-71

media-728x90banner

Bənzər xəbərlər