media-50
8 Noyabr- Zəfər Günü münasibətilə silsilə tədbirlər davam etdirilir.
8 noyabr 2025-ci il tarixdə Zəfər Gününün beşinci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi, daha sonra şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rayonunun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Ardınca rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Zəfər Günü münasibətilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.
media-44 media-45 media-46 media-47 media-48 media-49 media-50 media-51 media-52 media-53 media-54

Qubada Şanlı Zəfərin beşinci ildönümü münasibətilə möhtəşəm bayram konserti keçirilib.
8 Noyabr – Zəfər Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Millət Məclisin deputatı Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra respublikamızın tanınmış incəsənət ifaçıları və populyar müğənnilər musiqi nömrələri ilə çıxışlar etmiş, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.
media-58 media-59 media-60 media-62

media-728x90banner

Bənzər xəbərlər