Dörd ay əvvəl gəlin köçürdükləri evə gələn qudaların mübahisəsi davaya çevrilib.

XALQ-ın məlumatına görə, qohumlar arasında davada 6 nəfər müxtəlif xəsarətlər alıb.

Hadisə gecə saat 02 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində baş verib.

Davanın daha da böyüməsinin qarşısı köməyə gələn qonşular tərəfindən alınıb. Buna baxmayaraq, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 45 yaşlı Əli Alışanov, onun həyat yoldaşı Aynur Alışanova və oğlu 20 yaşlı Amil Alışanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş vermiş insidentlə bağlı polis tərəfindən tədbirlərə başlanıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətələri ilə 4 kişi, 2 qadın olmaqla 6 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub. Onlardan vəziyyətləri qənaətbəxş hesab olunan 5 nəfər ambulator müayinə üçün evə buraxılıb. Əli Alışanovun müalicəsi isə Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər