Xəbər verdiyimiz kimi 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı Qusar seçki dairəsindən deputalığa namizəd olan Rəşad Aslanovun görüşləri davam etdirir.

Deputatlığa namizəd Rəşad Aslanov Qusar rayonunun Yasab və Hil kəndlərində seçicilərlə görüşüb.

XALQ.AZ məlumat verir ki, görüşdə seçicilərlə səmimi söhbətlər aparılıb.  Kənd sakinlərini maraqlandırılan sualları cavablandıran Rəşad Aslanov bilidrib ki, əsas amalım Qusarın inkişafı və qusarlıların rifahı üçün çalışmaq olacaq. Mən vətən müharibəsi iştirakçısı olaraq bildirirəm ki,  44 günlük vətən müharibəsindən  və  Zəfərimizdən sonra təkcə torpaq və suverenlik deyil, həm də vətəndaş bütövlüyü qazandığımızı tarixi hadisə kimi qeyd etdik. Bu gün ölkə başçısı İlham Əliyevin düşünülmüş,etibar etdiyimiz siyasəti ilə qüdrətli Azərbaycanımız üçün xidmətə davam etməliyik. Mənim amalım, təşəbbüskarlığım xaricdən Azərbaycan qarşı yönəlmiş çirkin niyyətləri ifşa edərək dəf etmək olacaq.

Sizlərin  narahat edən məsələləri bilirəm, bu çatışmamazlıqları qanunvericilik əsasında həllinə nail olacayıq.  Mən Sizlərdən biri olaraq eyni ilə sizin kimi hər gün bu problemlər mənidə narahat etməkdədir.  Bu çatışmazlıqları birlikdə həll edəcəyik. Heç şubhəsiz ki, mənim təcrübəm və biliyimlə  məqsədlərimizə çatacayıq. Sizləri 1  sentyabr 2024-cü ildə ölkəmizin gələcəyi üçün növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırıram. Dövlətimizə-sədaqətlə, Xalqımıza şərərflə xidmət edəcəyini diqqətə çatdıran Rəşad Aslanov sonda ona dəstək  verən doğma qusarlılara təşəkkürünü bilrib.

Gərargahdan görüşlərin davam etdirilməsi bildirilib.


media-728x90banner

Bənzər xəbərlər